skip to Main Content
Referans Polyclinic
Onlayn randevu

Ankilozlaşan spondilit nədir? Necə yaranır? Əlamətləri və müalicəsi nədir?

Ankilozlaşan Spondilit Nədir? Necə Yaranır? Əlamətləri Və Müalicəsi Nədir?

 

Ankilozlaşan spondilit (AS),Marie-Strumpell xəstəliyi və ya revmatoid spondilit kimi də tanınır. Xüsusilə onurğa və sarkoiliak oynaqlara təsir edən xroniki gedişli iltihablı revmatizmal bir xəstəlikdir. Aksiyal skeletin və sarkoiliak oynağın zədələnməsi gələcəkdə spondilit, entezit, sidesnofitin yaranması onurğa sutununda geridönməyən deformasiyalara səbəb olur.

Ankilozlaşan spondilit reaktiv artrit, Reyter sindromu, psoriatik artrit, xoralı kolit, Crohn xəstəliyi ilə birlikdə ola bilər. HLA sinif I antigeni ilə güclü əlaqəsi olan ilk xəstəlikdir. AS-li xəstələrin 95% də HLA-B27 pozitivdir. Xəstəlik çox gizli və yavaş sürətli getdiyi üçün diaqnostikası çox vaxt gecikir. Xəstəlik əsasən gənc kişilərdə qeyd olunur və qadınlara nisbətən daha ağır gedişli olur. Qadinlarda daha gec 30 yaşdan yuxarı rastlansa da kişilər daha gənc yaşda bu xəstəliyə tutulur. 15 yaşda xəstələnmə isə hır iki cins üçün  daha pis proqnostik faktordur.

Back To Top
×Close search
Axtar