skip to Main Content
Referans Polyclinic
Onlayn randevu

Yuvenil Idiopatik Artrit (JIA)

Yuvenil Idiopatik Artrit (JIA)
Yuvenil Idiopatik Artrit (JIA)Yuvenil idiopatik artrit, uşaqlıq yaşlarında etiologiyası bilinməyən ən çox yayılmış xroniki revmatizmal xəstəlikdir və əsasən özünü periferik artrit ilə göstərir. Xəstəlik, demografik xüsusiyyətlər, klinik xüsusiyyətlər, müalicə üsulları və xəstəlik proqnozuna əsaslanaraq bir neçə alt grupa ayrılır. Ən çox rast gəlinən xəstəlik alt tiplərindən biri olan Sistemik Yuvenil İdiopatik Artrit təkrarlanan hərarət yüksəlməsi və dəri səpgiləri ilə özünü büruzə verir. Gənc qadın xəstələrdə Oliqoartikulyar Yuvenil İdiyopatik Artrit daha geniş yayılıb və adətən artriti anti-nüklear anticism pozitivliyi və ön uveit müşayət edər. Böyüklərdə revmatoid artritin bir analoqu olan Seropozitiv Poliartikulyar Yuvenil İdiopatik artrit isə pediatrik xəstələrin 10% dən azında rast gəlinir. Uşaqlıq çağına xas daha bir alt qrup Seronegatif Poliartikulyar Yuvenil İdiopatik artritdir və geniş yayılmış böyük və kiçik oynaq zədələnmələri ilə xarakterizə olunur.JİA
Entezitlə əlaqəli artrit  entezit ve asimetrik aşağı ətraf artriti ilə karakterizə olunan başqa bir xəstəlik alt qrupudur. Bu xəstəlik alt qrupu insan leykosit antigeni-B27 (HLA-B27) pozitivliyi və uveit ilə təzahür edər, lakin adətən axial skelet zədələnməsi olmadan, yetişkin spondiloartropatiyaların uşaqlıq formasını təmsil edir. Yuvenil psoriatik artrit, artrit, dırnaq çuxurluğu və daktilitin müşayət etdiyi psoriatik səpgi ilə karakterizə olunur. Xəstəliyin ağırlaşmaları aparılan müalicə və xəstəliyin  aktiviliyi ilə əlaqədar inkişaf ləngiməsi və osteoporozdan, organ yetməzliyi ilə həyatı təhtid edən makrofak aktivlik sindromuna qədər dəyişə bilir. Son 15 ildə yeni müalicə üsullarının meydana gəlməsilə Yuvenil İdiopatik Artritin və alt qruplarının müalicəsində daha az zərərlə uğurlu nəticələr əldə olunur.JİA
Back To Top
×Close search
Axtar