skip to Main Content
Referans Polyclinic
Onlayn randevu

Temporal arterit (Giant Cell Arteritis(GCA))

Temporal Arterit (Giant Cell Arteritis(GCA))

Nəhəng hüceyrəli arterit (Gaint cell arteritis(GCA)) və ya temporal arterit yaşlı insanlarda baş verən və müxtəlif sistemli, nevroloji və oftalmoloji ağırlaşmalarla nəticələnə bilən naməlum etiologiyalı sistemik iltihablı vaskulitdir. GCA ən çox yaşlılar arasında yayılmış sistemli vaskulit formasıdır. GCA digər adlarla arteritis cranialis, Horton xəstəliyi, qranulomatoz arterit və yaşlıların arteriti kimi də tanınır.

GCA böyük ölçülü damar vaskuliti [3] kimi təsnif edilir, lakin adətən orta və kiçik arteriyaları, xüsusən də səthi temporal arteriyaları da əhatə edir və temporal arterit termini də buradan qaynaqlanır. Bundan əlavə, GCA ən çox oftalmik, oksipital, vertebral, proksimal vertebral arteriyaları cəlb edir. Orta və böyük ölçülü damarlara aorta və yuxu, körpücükaltı və iliak arteriyalar da daxildir.

Histopatoloji olaraq Temporal arterit (GCA) arteriyaların intima, media və adventisiyaların qatlarının transmural iltihabı, həmçinin limfositlər, makrofaqlar və çoxnüvəli nəhəng hüceyrələrin ocaqlı infiltrasiyaları ilə xarakterizə olunur. Mural hiperplaziyası arteriyanın mənfəzini daralda bilər, nəticədə distal işemiya yaranır

Qadın cinsi və böyük yaş qrup insanlar risk qrupu təşkil edir

Xəstəliyin başlanğıcı kəskin və ya gizlin ola bilər. Xəstələrdə baş, boyun,çiyin,göz,üz ağrısı, iştahsızlıq, halsızlıq, gecə tərləmələri, arıqlama kimi ilkin şikayətlər yaranır.Xəstəlik uzun müddət davam etdikdə görmənin itirilməsi, üz və ətraflarda parezlər, ifliclər yarana bilir.

Xəstəliyin diaqnostikasında istifadə olunur:

Qan təhlilləri, iltihab markerlərinin təyini.

Səthi arteriyaların doppler müayinəsi.

MRT.

Arteriyaların biopsiyası.

Xəstəliyin müalicəsində xəstəliyin mərhələsi, zədələnmiş damarın lokalizasiyası, ağırlaşmalar nəzərə alınmaqla yüksək doza kortikosteroidlər, DMARD – lar, bioloji agentlər ilə ixtisaslı revmatoloqlar tərəfindən aparılır.

 

 

Back To Top
×Close search
Axtar