skip to Main Content
Referans Polyclinic
Onlayn randevu

Spondiloartropatiyalar

Spondiloartropatiyalar

Spondiloartropatiyalar revmatoid faktorun və anti-nuklear-antitelin neqativ olduğu halda bir çox oynaq və oynaqdan kənar əlamətlərlə xarakterizə olunan xəstəliklər qrupudur. Spondiloartropatiyalar HLA-B27 geni ilə əlaqəli xəstəliklərdir. Bu qrupda cəmləşən xəstəliklərin əsas xüsusiyyəti tendonların və bağların sümüyə birləşən yerlərində iltihabın olmasıdır. Bu iltihab entezopatiya adlanır. Entezopatiya lokal ağrı və yeni sümük yaranmasına səbəb olur ki, bunun da nəticəsində ankilozlaşma prosesi gedir. Bu entezopatiyaların lokalizasiyasından asılı olaraq müxtəlif klinik əlamətlər aşkarlanır. Sarkoiliyak oynağın prosesə qoşulması nəticəsində ankilozlaşma, spinal və intervertebral liqamentlərdə olarsa sindesmofitlər yəni hərəkətsiz onurga (bambu çubuğu) , aşıl tendonunun entezopatiyası plantar fassit(daban tikanı) və s. əmələ gəlir.

Back To Top
×Close search
Axtar