Revmatoid Artritli xəstələr hamilə qala bilərmi? Hamiləlik dövründə müalicəni davam etdirməlidirmi?
Revmatiod Artrit səbəbi bilinməyən autoimmun xəstəlik olub əsasən 30-50 yaşda rastlanır. Xəstəlik qadınlarda kişilərə nisbətən 3 dəfə daha çox rastlanır. Revmatoid Artrit fertillik(nəsilartırma) yaşlarında rastlandığı üçün aktual suallar doğurur:
1.Revmatoidli xəstələr hamilə qala bilərmi?
2.Revmatoid artritli xəstələr hamiləlik dövründə müalicəni davam etdirməlidirmi?
3.Hamiləlik dövründə qebul edilən dərmanlar dölə teratogen(bətndaxili inkişaf qusuru) təsiri varmı?
RA’li hamilələrdə xəstəlik aktivliyində azalma ,hamiləliyin həftəsi irəlilədikcə xəstəliyin aktivliyində azalma sayı artır, və əsasən hamiləliklər uğurla başa çatır. Bununla yanaşı doğumdan sonraki ilk 3-12 ayda qadınlarda xəstəliyin aktivliyi artmaqdadır. Hamiləlik planlanırsa əvvəlcə xəstəlik kontrol altına alınmalı, fetal riskleri azaltmaq üçün seçilmiş müalicə protokolları yenidən nəzərdən keçirilməli ve teratogen təsirli dərmanlar kəsilməlidir. Bəzi dərmanlar (metotreksat ve siklofosfamid kimi) hamiləlikdən 3 ay əvvəldən istifadəsi dayandırılmalıdır. Leflunomid hamiləlikdən iki il evvəl (veya plazma leflunomid göstəricisi 0.02 mg /l-ə enənə) qədər kəsilir. RA’lı qadın, metotreksat, siklofosfamid ve leflunomid kimi DMARD dərmanları aldığı müddətdə hamilə qalarsa dərhalmüalicə dayndırılmalı , anadangəlmə qüsüra görə araşdırma aparılmalıdır.NSAİD’ler birinci və ikinci trimesterdə zəif dozada istifadə oluna bilər, hamiləliyin üçüncü trimesterində tamamilə dayandırılmalıdir. Kortikosterod istifadesinə bütün hamiləlik boyu davam etmək olar. DMARD dərmanlardan antimalaryar , sulfasalazin və azatioprin hamiləlik müddətindəistifadə oluna bilər. Doğuş şəklinə multidisipliner bir dəyərləndirmə sonrasında qərar verilir. Doğuşdan sonrakı periodda xəstəliyin aktivliyində artış olarsa hamiləlikdən qabaqkı müalicələrə geri qayədəla bilər. Maxsimal dərəcədə ana südünə keşməyən dərmanlardan istifadə olunur, əgər xəstəlik aktivliyi çox artıb və ciddi müalicə almaq vacibdirsə əmzirmə dayandırılır.

