Revmatologiya ilə bağlı sizi maraqlandıran sualları aşağıdakı formdan ünvanlaya bilərsiniz.
Saytda paylaşılan suallar həftə ərzində cavablandırılmaqdadır.
Verilən cavablar yalnız məsləhət xarakteri daşıyır. Unutmayın ki, pasiyenti görmədən tam düzgün diaqnoz və müalicə təyin etmək mümkün deyildir.

Salam CRz 12 aso neqativ rf 32 bu revmatizmanin olmasi demekdirmi
Bu təhlillər kifayət deyil diaqnoz qoymağa.
Salam hekim 6 aydiki qizdirmam 37 den aşaği düşmür 37 37 6 arasi deyişir özümü çox yorğun hiss edirem gözlərimin içi yaşarmiş olur tezden duranda çox yorğun oluram el barmaqlarimi açib yumanda tikanma olur Revmatizça ola bilər?
Təbii ki, ətraflı müayinə olunmalıdır. İfadə etdiyiniz əlamətlər revmatizmal xəstəliyə bənzəyir.
Salam doxdur mənim 35 yaşım var revmatizmadan analiz vermişəm CRP 16 cxb norma 0,00_5,00 zəhmət olmasa cavab yazardız müalicəsi var bunun
CRP təkcə revmatizmal xəstəliklərin göstəricisi deyil və diaqnostik təhlil hesab edilə bilməz. Bir çox səbəbdən yüksələ bilər.
Salam. Mənim 40 yaşım var son iki aydır sağ tərəfdən çanağın bud birləşən nahiyəsində ağrılar yaranıb. Gecə saatlarında təqribən (saat 3-4) ağrılar kəskinləşir və sağ ayağımın topuq və baldır hissələrində keyimə və kəskin ağrılar yaranır. Durub biraz gəzəndən sonra keçir. İki aydır hər gecə təkrarlanır. Düz uzana bilmirəm sağ ayağım və o nahiyədən çanağım ağrıyır. Bütan günü isə həmin nahiyələrdə ağırlıq olur və keyimələr olur. Zəhmət olmasa sualımı cavablandırardız. Mənə nə məsləhət verə bilərsiz?
Salam,bu ciddi bir xəstəliyin başlanğıcı ola bilər.Ətraflı müayinə olunmalısınız
Salam doktor. Mən güclü oynaq ağrılarına görə revmatizm analizi verdim. Və çıxan cavablar
RF 28… CRP 120… ASO 400…
hal hazırda dünyanın bütün yükü üstümdəymiş kimi yorğun halsızam. Nəticələr çox pisdir?
salam, bu analizlər kifayət deyil. Fiziki müayinə və diaqnozu tam təyin etmək üçün spesifik testlər gərəklidir.
Mənim anam bel və topug diz ağrılarından əziyyət çəkir yeriyə bilmir zorla gəzir 5dəq artıg ayag üstə dayana bilmir kömək edə bilərsiniz?050-710-74-03
Salam doktor menim elimde oynaqlarımda agrilar olur ve şişler yaranır bu hemde ayaqlarımdada var ve son vaxtlar tengenefes oluram. Sizce bu revmatizma ola bilər?
Salam,bəli ola bilər.Ciddi revmatizmal xəstəliklərin bir çoxu ağ ciyərlərin fibrozunu yarada bilir
Salam doktor menim iki elimde bas barmaqlarin arasi agridir seherler yuxudan diranda sis olur barmaqlarim sora sis kecir.xahis edirem komek edesiz neden olar uje 10 gundu
Salam , müayinə etmədən fikir bildirə bilmərəm
Salam həkim sizdən xahiş edirəm mənim sualımı cavablandırasız 6ay əvəl mənim sol ayağımın topuq nahiyəsi astioma astioid diagnozuilə əməliyar eliyib ağrılar hələdə keçmiyib nədən olabilər
Salam,əməliyyat edən həkimə yenidən müraciət etmisinizmi? Əməliyyatdan sonra yenidən görüntülənməsi və cərrah tərəfdən dəyərləndirilməsi lazımdır
Salam Bu gün biokimyəvi Analiz verdim.22yaşım var Xanımam.ASO Antistreptolizin-350;CRP C-reaktiv zülal-18; RF Revmatoid faktor-7dir.Analizlərin nəticəsi necədi?pis çıxıb?Nə məsləhət görürsüz?xəstəlik var?
Salam, xəstəni fikziki müayinə edən həkim müəyyən testlər istəyib klinik olaraq yetərli olub olmadığına yenidən qərar verərək xəstəliyi təstiq və inkar etməlidir. Beləki, revmatizmal xəstəliklər diaqnoztikası çətin və geniş əhatəli olduğu üçün bir iki konkret qan testi xəstəlik haqqında tam informasiya vermir. Əslində bu bütün xəstəliklərə aiddir.laborator nəticələri pozitiv olub klinik olaraq xəstə olmayan və əksinə labortor nəticələri neqativ olub ağır gedişli aktiv xəstələr var. Buna klinisist qərar verməlidir. Testi istəyən həkiminizə yenidən cavablarla görünməyiniz məsləhətdir
Salam doktor revmatizmani yoxlatmaq ucun hansi revmatik testi vermeyi tovsiye ederdiz ? CRP , EÇS bes edir ? Yazardiz da zehmet olmasi hansi analizler verilir ?
Salam doktor menim sol dizim agriyir hec bir siskinlik qizariklik yoxdu sadece agri olur .3-4 gun olar .Evelerde olurdu kecirdi .Bu neden olar men hansi revmatik analiz verim ? Esasen uzanan vaxti his edirem gezende olmur.
Salam,əvvəlcə həkim müayinəsində olmaq lazımdı.Xəstəni görməmiş müayinə təyin etmək olmaz
Salam anamın 65 yaşı var.Diz oynaqlarında ağrılar var hal hazirda dözülmez veziyetdedir . 2-2.5 il bundan evvel hekimler Revmotoid artirid diaqnozu qoyublar mualicelerin mütamadi davam etmesine baxmayaraq heç bi ireliliyiş yoxdur . tersine indi ağrilar dahada keskinleşib ve artıq ağıkesicilerden istifade edərək sakitleşir( Blokium.Disproporsan Voltaren ) onlarda evvel 1 hefte tesir gösterirdisede indi 1 veya 2 gün tesir gösteri buda bizi şox narahat edir Aritide göre Prednol hal hazida 8 mq.Metetroksad veya Arava birde Ca D3 qebul edir Diger terefden el barmaqlarında deri ağarır ve bənövşəyi renge boyanir hrkimler bunu da Reyno xesteliyi adlandiriblar size sualım bu ağriların bele keskin olması Reyno xesteliyi ilə elaqədar ola bilermi sizin meslehetinizi bilmek isteyirdik evvelceden teşşekür edirem
hemçinin bildiriremSalam anamın 65 yaşı var.Diz oynaqlarında ağrılar var hal hazirda dözülmez veziyetdedir . 2-2.5 il bundan evvel hekimler Revmotoid artirid diaqnozu qoyublar mualicelerin mütamadi davam etmesine baxmayaraq heç bi ireliliyiş yoxdur . tersine indi ağrilar dahada keskinleşib ve artıq ağıkesicilerden istifade edərək sakitleşir( Blokium.Disproporsan Voltaren ) onlarda evvel 1 hefte tesir gösterirdisede indi 1 veya 2 gün tesir gösteri buda bizi şox narahat edir Aritide göre Prednol hal hazida 8 mq.Metetroksad veya Arava birde Ca D3 qebul edir Diger terefden el barmaqlarında deri ağarır ve bənövşəyi renge boyanir hrkimler bunu da Reyno xesteliyi adlandiriblar size sualım bu ağriların bele keskin olması Reyno xesteliyi ilə elaqədar ola bilermi sizin meslehetinizi bilmek isteyirdik evvelceden teşşekür edirem
hemçinin bildirirem hemçinin bildiriremki qanda roye 115 dir
Salam,xəstəni gətirin yenidən müayinə edib dərmanlarını korreksiya edək,Reyno ilə əlaqədar ağrılar kəskin getmir,Reyno fenomeninin də olmağı xəstəliyin ağır gedişli olduğunu göstərir
Salam. Mende onurqada l5 s1 feqeresinde 4 mm yirtiq var ve 5 il erzinde olcusu olduqu kimi qalib. Lakin aqrilar evvelkinden daha siddetlenir. Bir cox taninmis klinikalarda mualice almusam. Bir muddet aqri azalib sonra yene baslayir.
Bilmek isterdim bu aqrinin sebebi yirtiq yox revmatik xesteliklerden ola bilermi?
Salam,bel ağrılarına səbəb ola biləcək revmatik xəstəliklər var.Müayinə edib təstiq və inkar etmək lazımdır.
Salam Həkim. Məndə 2 aya yaxındır gicgah – çənə oynağında və sol ayagımın pəncəsində agrılar olur. Çənə – üz cərrhı müayinə etdikdən sonra, 10 seans УВЧ və 20 gün şüşəyəbənzər cisim iynəsi təyin etdi. Çənə oynagında ağrılar xeyli azalsa da, pəncəmdəki ağrılar davam edir. Mənə tövsiyə etdi ki, revmatoloqa müraciət edim. Türkiyədə, İstambul şəhərində (təəssüf ki, klinikanın adı yadımda qalmayıb) revmatoloqa mürciət etdim, analizlərdə yalnız ciddi D vitamini çatmamazlığı aşkar edildi (*8,82), başqa testlər normal həddədir. Maye şəklində Zistavit D – 3 və 1 ampul Devit -3 qarışdırıb, hər gün çörəyin üzərinə 1 dəfə 25 damcı damızdırıb qəbul etməyi, həmçinin gündə1 kapsul Eskal və 1 tablet Sertofen təyin edildi. 10 gündür qəbul edirəm, amma pəncəmdəki sızıltl hələlik keçməyib.Xahiş edirəm deyəsiniz, D vitamini çatmamazlığında oynaqlarda bu cür ağrılar ola bilərmi? Əvvəlcədən təşəkkürümü bildirirəm.
Salam D vit çatmamazlığı belə ağrılara səbəb olmur,burda revmatik xəstəliyi inkar etmək lazımdır
Təşəkkür edirəm.
salam hekim menim kureyimde hissiyati olmayan nahiyeler var agri yoxdur, sadece bele desek eyer hemin yer kesilsede hiss etmirem bu neden olabiler ?cavab vererdiz zehmet olmasa
Salam sinir zədələnməsidir,bunun səbəbi travma,onurga sütünü xəstəlikləri,şəkərli diabet və bir çox xəstəliklər ola bilər.Müayinə olmaq lazımdır
Salam hekim men revmatizmatan anliz verdim mende creaktiv zulal biraz yuksek cixdi bunun ziyani nedi?
salam, bunun ziyanı hansı xəstılik hesabına crp yüksəlibsə o xəstəliyin gələcəkdə fəsadlaridir. Crp sadəcə bir göstəricidir.
Salam həkim . mənim əlim və ayağım ilin bütün günü tərləyir hardasa altı yeddi il əvvəl yaranıb bu problem . 2014cü ildə məndə revmatik xəstəlik olduğunu dedilər bu yaxında isə sağ diz oynağının monoartiriti diaqnozu qoyublar . sualım belədi ki əl və ayaq tərləməsinin səbəbi revmatik xəstəlik ola bilərmi ??
salam, dermatoloqa görünün
Son 3-4 aydır ki mənim ayaqların tərləyir, bunun səbəbi və aradan qaldırılması üçün nə etməliyəm. Öncədən təşəkkür edirəm.
Salam bunun üçün dermatoloqa müraciət edin
Salam eger 7 gun öskürək kəsmirsə sirobda vermişik 9 yaşı var qripden sonra olub ne edmek lazımdlr
Salam,uşaqlara tam sebebini bilmediyiniz xəstəliklə bağlı nəyə necə təsir edəcəyi bilinməyən dərmanları verməyin.Uşaqlar inkişafda olan bədən quruluşludur, və bu dərmanların onların orqanlarına mənfi təsirləri çoxdur.Həkim pediatrla məsləhətləşin mütləq
Salam. Bir ay once ag ciyerimin rentgeni zamani, hekim ureyimin formasini itirdiyini, eyri yerlesmek evezine duzlesdiyini soyledi. Bu elametin revmatizma xesteliyi zamani yarandigini bildirdi. Bir revmatoloqa mureciyet etmeyimi teklif etdi. Qeyd edim ki, dizlerimde, belimde ve sol canagimda her zaman olmayan, mueyyen bir muddet olub kecen agrilar var. Ureyimde ise bezen sixilmalar olur, ancaq keskin agrilar hec vaxt olmayib. Dirnaqlarimda usaqliqdan bu yana 4-cu barmagin dirnaginin sethi dalgali ve nahamardir. Son bir ilde artiq her elimde uc dirnaq dalgali ve nahamar olub. Internetden arasdiran zaman bunun artirit xesteliyi ile elaqeli ola bileceyini oxudum. (Anam artritden eziyyet cekir) Size sualim bu olacaq ki, umumilikde bu saydiqlarim revmatizma xestelinin elametleri ola bilermi? Ne etmeliyem? Evvelceden tesekkur edirem.
Salam,ürək belinin düzləşməsi ürəyin kameralarının genişlənməsinə dəlalət edir.Ancaq bunu sizin nə qədər düzgün ifadə etmənizə bağlayıb urəkdə ciddi orqanik dəyişiklik olduguna tam əmin olmaq olmaz. Tam detallı klinik müayinələrlə əsaslanıb buna qərar vermək olar. Bu konstitusional bədən quruluşundan asılı olaraq hündürboy,arıq insanlarda ürək belinin deyil özünün şaquli durması da ola biler ki,bu da normaldır.Digər şikayətləriniz isə irsiyyətdə xüsusilə ana xəttində xəstəlik varsa həkim konsultasiyası mütləqdir
Ceyhunə xanlm salam. Mən anamla bağlı sizdən məsləhət istəyərdim. Xahiş edirəm cavablandırasınız. Anamın 79 yaşı var. Ayaqlarında nə vaxtdır problem var. Bir az da olsa ağrıları olsa da ev şəraitində 3-4 addımlıq tualetə gedirdi. Yataqdan qalxıb yəni elə öz krovatında oturaraq yemək yeyirdi. İndi bunlar heç biri yoxdur. Ancaq arxası üstdə uzanılı vəziyyətdə qalır. Sutka ərzində ancaq bir dəfə köməkləşib 4 nəfər altını-üstünü dəyişirik. Özü ayaqları üstdə dayana bilmir. Ayaqlarında şiddətli ağrılar var. Dəyişəndən sonra onu neçə saat ayaqlarında o ağrıları hiss edir. Deyirlər hərəkətsiz qaldığına görə ayaqları tutulub. Şifahi formada həkim deyir artirozdur. Sizdən xahiş edirəm əgər hər hansı bir müalicə kömək edərsə fikrinizi söyləyin. Əvvəlcədən Sizə öz təşəkkürümü bildirirəm.
Salam, zənnimcə xəstədə əzələ zəifliyi inkişaf edib. Bunun səbəbi altda yatan revmatoloji xəstəlik də ola bilər, nevroloji xəstəlik də ola bilər. Xəstə ayaqlarla bağlı olan agrı səbəbindənmi hərəkət etməkdən imtina edir , yoxsa hərəkət edə bilmir?