skip to Main Content
Referans Polyclinic
Onlayn randevu

Anti-streptolizin-O nədir?

Anti-streptolizin-O Nədir?

Anti-streptolizin-O nədir?

Streptolizin-O A qrupundan olan streptokoklar tərəfindən ifraz olunan antijen xarakterli sitolitik toksindir. Bu antigen başda eritrosit olmaqla, bütün nüvəli hüceyrələri lizis etmə qabiliyyətinə malikdir. Streptolizin-O ya qarşı yaranan antitela antistreptolizin-O (ASO) adlanır. Bu antitelanın orqanizmə qoruyucu bir funksiyası olmasa da, yaratdığı immunoloji reaksiya kəskin revmatik qızdırma və poststreptokoksik qlomerulonefrit kimi xəstliklərin yaranmasına səbəb olur. A qrup streptokok infeksiyasının səbəb olduğu xəstəlikləri təyin etməkdə istifadə olunur.

Antistreptolizin-O (ASO) revmatologiya praktikasında ən çox istifade olunan və çox qədim test üsuludur. Bu test revmatologiya üzrə az praktik təcrübəyə malik həkimlər tərəfindən çox tez-tez hər oynaqa ağrısı şikayəti olan xəstələrdə səhfən istənilir . Lazımsız zamanda istənilən bu testin yüksək görünməsi xəstələri səhv diaqnozlaşmasına və mənasız yerə uzunmüddətli penicillin profilaktikasına məruz qoyur.

Testi necə şəhr edək?

ASO yüksək olduqda test təkrarlanmalıdır. Əsasən ASO titri infeksiyadan 1 həftə sonar yüksəlməyə başlayır,3-6 həftəyə pik həddin çatır,6ay-1il müddətində yüksək qalır .Bu test bir xəstəlik araşdırma testi deyil və məhdud olaraq xüsusi hallarda klinisist tərəfindən istənməlidir .Əsasən kəskin revmatik qızdırma diaqnozu üçün Jons kriteriyaları müsbət olduqda,digər labarator testlərlə yanaşı istənilməlidir.

Uşaqlarda A qrup streptekoklar ilə əlaqəli Pediatrik autoimmun neyropsixiatrik pozğunluq (PANDAS),obsessiv kompulsiv pozğunluğun və ya tik simptomlarının streptokok infeksiyasından sonra alovlanması zamanı təyin olunur.

Nəticə etibarı ilə, ASO dəqiq anamnestik məlumat,streptokok infeksiyasının ilk kecirilməsi zamanı kulturoloji təstiqi,kecirilmiş infeksion xəstəlikdən sonra kəskin revmatik qızdırmanın beynəlxalq qəbul olunmuş kriteriyalarının olması fonunda təyin olunmalıdir. Təkbaşına ASO yüksəkliyi diaqnozda iştirak etmir. Klinik olaraq anti-streptolizin-O ARA(kəskin revmatik qızdırma) ,PSGN(poststreptokok glomerulonefrit),Eritema nodozum(düyünlü eritema) xəstəliklərinin differensial diaqnostikasından kənar vəziyyətlərdə yoxlanmamalıdır.

Back To Top
×Close search
Axtar