Revmatik xəstəliklər nədir?
Revmatik xəstəliklər toxumaya bağlanabilən autoantitellər və immun komplekslərin vasitəsilə hüceyrə,toxuma,orqanların zədələnməsinə səbəb olan autoimmun xəstəliklərdir.Lakin günümüzdə aktual suallar doğuran bu xəstəliklər həkim-mütəxəssislərimizin də, əhalinin də tam informasiyasının olmaması səbəbindən maariflənmə ehtiyyacı yaradir.
Revmatik xəstəliklər infeksion xəstəliklərdirmi?
Bu xəstəlikləri antibakterial mualicə etməlimi?
Revmatik xəstəlik dedikdə mutləq artrit və endokarditmi ağla gəlməlidir?
Bəs autoimmun nə deməkdir?
Gəlin suallarimiza cavab tapmaq üçün əvvəlcə autoimmunizasiyanın nə olduğunu anlayaq. İmmun sistemin ən bazal xüsüsiyyəti özündən olanı və olmayanı ayırd etməkdir.bu sistem bir çox yad materialı tanıma xüsusiyyətinə malikdir.İmmun sistemimizi bədənimizi qoruyan əsgər kimi düşünək,bu zaman əsgərlərimiz yad düşməndən bizi qoruyur.Normada bədənimizin düşməni infeksiya,yad cism,köçürülmüş orqan,dərman maddələri və s.dir.Autoimmunizasiya zamanı isə əsgərlərimiz proqramlaşmadan çıxır və öz toxumamızı düşmən görərək hücuma keçir. Nəticədə özündən olana tolerans (SELF-TOLERANS) yaranır. Bununla da bu nəticəyə gəlirik ki, immun sistem nə zəfləməmiş nə də güclənməmişdir sadəcə istiqamətini dəyişmişdir.İmmun sistemimizin hansı orqan və toxumamızı antigen kimi qəbul edib ona tolerans yaradib iqnor etməyə çalışması nəticəsində də xəstəliklər yaranir və bizim tərəfimizdən təsnif olunur: beləki,tiroid vəzimizə tolerans GRAVES və ya HAŞİMATO ilə,tüpürcək vəzinə tolerans ŞEQREN,oynaq qığırdağına tolerans RA lə nəticələnir.
Revmatik xəstəliklər qeyri infeksion iltihabi xəstəliklərdir.bu xəstəliklərin müalicəsində o zaman antibakterial müalicəyə üz tuturuq ki,xəstəlik primer olaraq keçirilmiş infeksion xəstəlik fonunda seconder inkişaf etsin və həmin infeksiyanın eridikasiyasını təmin etmək məqsədilə,məs. Reaktiv artritlər,kəskin revmatik qızdırma…və ya immunosupperssiv preparatların uzunmuddetli qəbulu nəticəsində ikincili infeksiya qoşulmaları zamanı.
Revmatik xəstəliklər dedikdə bu sadəcə Kəskin revmatik qızdırma ilə sərdədlənmir və bütün xəstələrdə sadəcə artrit və endokardit axtarıb aşkarlamadıqda isə işimizi bitmiş hesab etməməliyik.Vücudun bütün orqanlarının strurukturunda birləşdirici toxuma vardır,SELF-TOLERANS birləşdirici toxumaya və nüvəli hüceyrələrə yarandığını nəzərə alaraq xəstəyə və xəstəliklərə bu istqamətdə yanaşmaliyiq.
Revmatoloji xəstəliklərə bu günkü yanaşma:
Nəzərə alsaq ki,poliklinikaya müraciət edən hər 6-7 xəstədən biri əzələ-skelet ağrısı ilə gəlir
PLAN
AĞRI-OYNAQ AĞRISI
MONO VE POLİARTRİT SƏBƏBLƏRİ
KLİNİK PRAKTİKAMIZDA REVMATİZMİ DÜŞÜNDÜREN ƏLAMƏTLƏR
LABARATOR MÜAYİNƏLƏR
Diqqətli anamnez diaqnoza aparan ən sadə yoldur,nələrə diqqət etməliyik?
Ağrıların zamanına:səhər start ağrıları,hərəkətli oynaqlarda səhər sərtliyi,1-2 saat hərəkət nəticəsində ağriların itməsi və ya azalması
Zədələnmiş oynaqların sayına,zədə və ya həssaslığa,
Dərinin dəyikliklərinə(hiper-hipopiqmentasiya,fotosensibilizasiya,quruluğu,səpgilərin xarakteristkasına,petexial qansızmalarin,palpable purpuraların olmasına,psoriatik səpgilər,kollagenoz-fibrozlar və s.),
Aksial skeletdə dəyisikliklərə,döş qəfəsinin ekspansiyasının 6sm az olması
Oynaqlarda deformasiyalar
Oynaq ətrafı yumşaq toxumaların ,bursaların ağrılı olması,
copperman düyünlərinin təyini
Təkrarlanan oral-genital aftlar
Ağız-göz quruluğu,
Uveit
Tez-tez ishal
Reyno fenomeni,livedo retikularis,eritema nodosum
Sistem xəstəliklərini düşündürəcək poliorqan zədələnmələri ilə yanaşı ciddi hemoqram dəyişiklikləri(leykopeniya,trombositopeniya,..),kəskin faza proteinləri(CRP,ESR,FİBRİNOGEN,FERRİTİN,),AUTOANTİTELALAR ın varlığı
Radioloji dəyişikliklərin xarakteristikası.
Günümüzdə həkim-mütəxəssislərimiz differensasiyal diaqnostika zamanı autoimmun-revmatik xəstəlikləri də inkar etməlidir,bunun üçün yeteri qədər muayinə üsulları əvvəlki illərlə müqayisədə daha da əlçatandır.
Revmatoloji xəstəlik diaqnozunun erkən qoyulması,və xəstədə geridönülməz deformasiyalarin ,orqan patolojiyalarının qarşısının alınması üçün ilk mərhələdən artıq Xəstəliyi modifikasiya edən revmatizm əleleyhinə preparatlardan(DMARDs) istifade olunur.
DMARDs ların təyini xəstəliyin gedişatı,individual mənimsəmə,xəstəliyin dərmana tabeçiliyindən asılı olaraq seçilir və effekliliyinə görə dozlaşdırıla dəyişdirilə bilir.
Revmatik xəstəliklərin müalicəsində ən böyük uğur bioloji preparatların istifadəsinə başlanmsı oldu.
Bioloji preparatlar təsir mexanizminə görə qruplara ayrılır
TNF ingibitorları
İL-1 Antagonistləri
T-hüceyrə ingibitorları
B-hüceyrə ingibitorları
Sistem xəstəliklərində xəstəliyi ilk ataklarinda ram etmək və uzunmüddətli remissiya əldə etmək yönündə bu gün revmatologiyada bioloji agentlər uğurla istifadə olunur

