skip to Main Content
Referans Polyclinic
Onlayn randevu

Psoriatik artrit

Psoriatik Artrit

Psoriatik artrit (PsA), kutanoz psoriaz (PsO) ilə əlaqəli iltihablı oynaq xəstəliyidir. Revmatoid artritdən (RA)  ayırd edilə bilən çox müxtəlif xüsusiyyətlərə malikdir. PsA’da oynaqlarla yanaşı oynaq ətrafı toxumalar, tendonlar, liqamentlər də iltihaba cəlb olunur. PsA dırnaqları da zədələyir və nöqtəvari dəliklər (pitting), dalğavari nahamarlıq, xətvari quruluş və distal onikolizisə səbəb olur. PsA’nın yeni sümük əmələ gətirməsi ve  özünə məxsus iltihablı artritı əhatə edən xəstəlik olmasını isbat edən bir çox makulyar, hüceyrə və toxumalar səviyyəsində aparılmış araşdırmalar və dəlillər var. Erkən diaqnoz oynaqlarda gedən deformasiyaların, xəstənin həyat keyfiyyətini aşağı salan ağrılardan azad olmasının vı xəstəliyin aqressiv gedişinin qarşısını almaqda cox böyük rol oynayır.  PsA nın heterogenliyini nəzərə alıb diaqnozun və müalicəyə tabe olmasının çətinliyini xüsusilə vurğulamaq lazımdır.  PsA üçün bu günədək qəbul olunmuş diqnostik təstiqedici spesifik göstərici yoxdur.

Diaqnoz 

PsA nın diaqnozu  xarakterik klinik əlamətlərə əsaslanaraq qoyulur. Xəstəliyin əlamətləri və oynaq deformasiyaları RA-ya çox oxşasa da ayirdedici xarakterlər də kifayət qədərdir. Xəstəni müayinə edərkən dəridə və dırnaqda olan dəyişikliklər gözdən yayınmamalıdır. Dəri psoriazı (PsO) ilə birgə olan artrit diaqnozu asanlaşdırır.  PsA-ya xrakterik artritlər distal interfalangeal oynaqlarda qeyd olunur. RA ilə PsA da oynaq artritlərinin lokalizasiya fərqini ilk dəfə Moll və Wringh təsvir etdi və indiyədək uğurla istifadə olunur.

Back To Top
×Close search
Axtar