Polimialgiya Romatika
Müəyyən əzələ qruplarında ağrı, səhər sərtliyi, baş agrıları, halsızlıq, bəzən bədən hərarətinin yüksəlməsi ilə xarakterizə olunan revmatizmal bir xəstəlikdir. Xəstəlik 50 yaşdan sonra daha çox qadın cinsində rastlanır. Xəstəlik əsasən çiyin oynaginda, bud-çanaq oynağında, boyunda və beldə şiddetli ağrilarla başlayır. Ağrılar ətraflarda hərəkət məhdudluğuna səbəb olur. Səhər 1 saata yaxın səhər əzginliyi, temporal arteyira prosesə qoşulubsa dözülməz başağrıları,çənə əsməsi vəya kilidlənməsi, dizdə və əl biləyində artrit əlamətləri xəstələrin əsas şikayətləridir. Xəstəliyə diaqnoz kəskin faza reaktivləri, ultasəslə sinovit-tenosinovitlərin və arteritlərin dəyərləndirilməsi və klinika əsasında qoyulur.

